Menu

Almaniya polisi Berlində 600-ə yaxın etirazçını saxlayıb

02.08.2021, 00:15
Almaniya polisi Berlində 600-ə yaxın etirazçını saxlayıb

Almaniyanın paytaxtı Berlində 5 minə yaxın adam icazəsiz aksiyalara qatılıb. “Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd edilir ki, onlardan 600-ü polis tərəfindən saxlanılıb.

Məlumata görə, “Covid-dissidentlərin” Berlin şəhərinin müxtəlif yerlərində ümumilikdə 13 nümayişi təşkil edilib. Onların qarşısını almaq üçün 2,2 min nəfər polis əməkdaşı səfərbər olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol