Menu

Qubada yük və minik avtomobilləri toqquşub - Ölənlər və yaralananlar var

02.08.2021, 01:22
Qubada yük və minik avtomobilləri toqquşub - Ölənlər və yaralananlar var

Qubada ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.

“VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol