Menu

“Taliban” İD döyüşçülərinə ölkəmizə keçməyə imkan verməyəcək - Pakistan XİN başçısı

02.08.2021, 13:44
“Taliban” İD döyüşçülərinə ölkəmizə keçməyə imkan verməyəcək - Pakistan XİN başçısı

«Taliban» İslam dövləti döyüşçülərinə Pakistana keçməyə imkan verməyəcək.

Bu barədə Pakistanın xarici işlər naziri Şah Maxmud Kureşi bəyan edib. Xəbəri avqustun 1-də Pakstanın «News» nəşri yayıb.

Mətbuat konfransında çıxış edərkən Şah Mahmud Kureşi deyib ki, əfqan təhlükəsizlik qüvvələri İD-nin öhdəsindən gələcək. O, təsdiqləyib ki, sülh Əfqanıstanda hamıya lazımdır, ona görə Pakistan digər ölkələrlə məsləhətləşmələr aparır ki, müharibə ilə əldən salınmış bu ölkənin inkişafına nail olunsun.

Mətbuat konfransı zamanı Kureşidən soruşublar ki, taliblər Əfqanıstanı tamam ələ keçirəcəklərmi və bununla bağlı Çin-Pakistan iqtisadi dəhlizinin gələcəyi necə olacaq? Kureşi əmin edib ki, heç kim kontrakta ziyan vura bilməz.

Xəbər verildiyi kimi, «Taliban»ın rəsmi nümayəndələri artıq bəyan ediblər ki, Əfqanıstanda İD-nin varlığına dözməyəcəklər. Ancaq bu gün Prezident Əşrəf Qani nazirlər kabinetinin rəqəmsal iclasında çıxış edərkən bu bəyanatları tənqid edib və deyib: ««Taliban» dəyişməyib. Onların sülh və ya ölkədə inkişaf məramı yoxdur. Ölkəyə beynəlxalq üsyançı qrupu məhz «Taliban» buraxıb».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol