Menu

“Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” - Komitə sədri

03.08.2021, 11:45
“Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” - Komitə sədri

“Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin törədilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: “Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.

Şərhlər

Surxay 2021-08-03 15:19:38

Ay Musa Urud, sen özün kimsən axı! Qohum əgraban kim, onu yada sal

esger 2021-08-03 13:40:34

3 gün öncə başqa söz deyirdir bizə daxli deyil kim ki söyur döyur və sayrı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol