Menu

Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib

03.08.2021, 12:27
Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun "Report"a verdiyi məlumata görə, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün inzibati həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol