Beynəlxalq Valyutu Fondu (BVF) koronavirus pandemiyasından sonra dünya iqtisadiyyatının bərpasına 650 milyard dollar vəsait ayrılmasını bəyənib.
Bu barədə təşkilatn açıqlamasında deyilir.
BVF-nun saytında qeyd olunduğu kimi, vəsaitin bölünməsinə avqustun 23-də başlanacaq, fondun bütün üzvlərinə xüsusi borcalma hüququ veriləcək - onların kvotalarına proporsional olaraq.
BVF qeyd edir ki, 276 milyard dollar inkişaf etməkdə olan bazarlar və aşağı gəlir səviyyəsinə malik ölkələr üçündür. Pres-relizdə deyilir ki, BVF-nun başçısı Kristalina Georgiyeva qərarı «tarixi» və «görünməmiş böhran şəraitində qlobal iqtisadiyyat üçün peyvənd» adlandırıb.
AzPolitika.info


Şərhlər