Menu

“Əfqanıstan terrorçuluğun qalasına çevrilə bilər” - MKİ sabiq şefi

04.08.2021, 13:54
“Əfqanıstan terrorçuluğun qalasına çevrilə bilər” - MKİ sabiq şefi

Amerika Birləşmiş Ştatları (ABŞ) ordusu çıxarılandan sonra Əfqanıstanda vətəndaş müharibəsi başlaya bilər. Bu ölkədə ordu kontingentini saxlayacağı təqdirdə Birləşmiş Ştatlar belə perspektivin qarşısını ala bilərdi.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sadiq başçısı və Əfqanıstandakı beynəlxalq kontingentin keçmiş komandanı general Devid Petreus belə hesab edir.

«Ən pis halda biz, qanlı və qəddar vətəndaş müharibəsi görə bilərik - 1990-cı illərdəkinə bənzər müharibə. O zaman «Taliban» qalib gəlmişdi. Əgər bu baş verərsə biz, güman ki, «Əl-Qaidə»nin qalasının geri qayıtmasını görə bilərik, baxmayaraq ki, mən düşünmürəm, yaxın gələcəkdə o, vətənə və Avropaya təhlükə ola bilər. Amma «Əl-Qaidə» üçün asan olardı ki, «Taliban» nəzarəti ələ keçirsin» - Petreus «Times» qəzetinə verdiyi müsahibədə bəyan edib.

O, qeyd edib ki, beləliklə ABŞ mübarizə apardığı dəyərlərdən imtina edir.

«Dünyanın qalan hissəsi görür ki, biz, demokratiyanı və bütün dünyada irəli apardığımız dəyərləri dəstəkləmirik - insan haqlarını, xüsusilə də qadınların hüquqlarını, təhsil hüququnu, söz və mətbuat azadlığını. Bütün bunlar əlbəttə, Əfqanıstanda mükəmməllikdən uzaqdır, amma «Taliban»ın orta əsrlər islam rejimini bəra edəcəyi təqdirdə ola biləcəyindən yaxşıdır» - Petreus bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol