Menu

"Eldəniz Səlimova deputat maaşı veriləcək" - Milli Məclis

05.08.2021, 15:59
"Eldəniz Səlimova deputat maaşı veriləcək" - Milli Məclis

"Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək".

Bunu "Report"un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: "Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək".

İntizam komissiyanın katibi onu da bildirib ki, E.Səlimova deputatlıq səlahiyyətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmayıb: "Sadəcə onun toxunulmazlığı əlindən alınıb".

Qeyd edək ki, "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib. Parlamentin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında təqdimata baxılaraq E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Niyaməddin 2021-08-06 03:05:12

Mandatı ləğv edilməlidir, təcili!

t.ədalət 2021-08-05 22:23:12

Bu Eldəniz ağzına yiyəlik edə bilmədiyi üçün "polisi döyüb" şəri ilə içəri salındı.Adam gərək ağıllı ola.Özünün də içərisində olduğu hakimiyyət haqqında danışmağa ehtiyac yox idi.İndi də şimal bölgəsi çalxalanmasın deyə maaşını vermək məcburiyyətində qalıblar.Ağzını idarə edə bilmədiyi üçün kişi həm özünü,həm də YAP-çıları işə saldı..

RR 2021-08-05 21:03:44

Axdi maashi ayda 10 min verin hamsina , ômûrlûk ( ne qûndeyik biz heee ?

Seyid Ənhu 2021-08-05 17:11:35

Bütün xalq gördü ki, adam anarxistdir. Qanun-manun tanımır. Necə yəni ona deputat maaşı veriləcək? Bizin qaçağa-quldura veriləsi pulumuz yoxdur. Özümüz acından ölürük. Hesablanıb indiyə qədər aldığı maaş da millətə qaytarılmalıdır. Bu qədər net və ədalətli. Yoxsa bir başını sığallayıb ömürlük pensiyaya da çıxarasınız?

Oxucu 2021-08-05 16:28:56

Ağsaqalın bütün vardövlətin yerini tam dəqiqliklə,həmçinin özünün mülkiyətini düzgün söyləsə "müqavilə"imzalamaqla deputatlığına davam edə bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol