Menu

YOLUXANLARIN SAYI YENİDƏN KƏSKİN ARTDI - Bugünkü koronavirus statistikası

05.08.2021, 21:40
YOLUXANLARIN SAYI YENİDƏN  KƏSKİN ARTDI - Bugünkü koronavirus statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, bu günə qədər isə ümumilikdə 4 083 746 test icra olunub.

Şərhlər

vətəndaş 2021-08-05 21:28:17

İnanan daşa dönsün

Ədalət 2021-08-05 21:23:34

Toyları dərhal dayandırın !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol