Menu

ABŞ-ın xarici ticarət kəsiri rekord həddə çatdı

06.08.2021, 01:11
ABŞ-ın xarici ticarət kəsiri rekord həddə çatdı

ABŞ-ın xarici ticarət kəsiri indiyədək görünməmiş həddə çatıb. Ölkənin Ticarət Nazirliyindən verilən məlumata görə, iyun ayının yekunlarına əsasən kəsirin həcmi 75.7 milyard dollar təşkil edib.

Belə ki, qeyd olunan dövrdə ABŞ-ın idxalı 283.4, ixracı isə 207.7 milyard dollar olub.

Nazirlikdən bildirilib ki, kəsir ölkənin Aİ və Hindistanla ticarətindəki mənfi tendensiyaların təsiri altında artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol