Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.
Qeyd edək ki, dünən Azərbaycanda 1196 yeni yoluxma faktı qeydə alınmışdı.


Şərhlər
Koronavirusla yoluxmayan bir tanışımızın qohumuna koronavirus diaqnozu qoyulub. Bu hansı məqsədlə edilir, anlamaq olmur. Ya həkim savadsızdır, ya da başqa məqsədi var. Belə faktlar kifayət qədərdir. Bunları araşdırmaq lazımdır. Koronavirus çıxarana Allah lənət eləsin!