Menu

Novxanıda bir nəfər dənizdə boğularaq ölüb

06.08.2021, 21:36
Novxanıda bir nəfər dənizdə boğularaq ölüb

Abşeron rayonunda bir nəfər dənizdə batıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol