Menu

ABŞ vətəndaşlarını Əfqanıstanı dərhal tərk etməyə çağırıb

07.08.2021, 13:06
ABŞ vətəndaşlarını Əfqanıstanı dərhal tərk etməyə çağırıb

ABŞ-ın Kabildəki səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını yaranmış təhlükəli vəziyyətə görə Əfqanıstanı dərhal tərk etməyə çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Əfqanıstanda, hətta Kabildəki diplomatik nümayəndəliklərdə ştatlar ixtisara edildiyindən səfirliyin ABŞ vətəndaşlarına yardım etmək imkanları da məhduddur: “Bu kimi səbəblərdən vətəndaşlarımızı Əfqanıstan ərazisini dərhal tərk etməyə çağırırıq”.

Səfirlik ABŞ komersiya reysi üçün bilet ala bilməyən vətəndaşlarına borc verməyə hazır olduğunu da vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol