"Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə xəbərlər şayiədir. Deputat Eldəniz Səlimov olayından sonra müəyyən qüvvələr çalışırlar ki, hakimiyyətin qanunverici orqanı olan Milli Məclisi gözdən salsınlar. Yeni seçkilərin keçirilməsi qeyri-mümkündür".
"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin YAP-dan olan deputatı Məlahət İbrahimqızı deyib.
O, xatırladıb ki, 2019-cu ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və indiki qanunverici orqan qısa müddətdə xeyli təqdirəlayiq işlər görüb: “Milli Məclis beynəlxalq əlaqələrin inkişafında, pandemiya dövründə, 44 günlük Vətən müharibəsində həm qanunvericlik, həm də əhaliylə təmaslarda bütün istiqamətlərdə səmərəli işlər aparıb. Ona görə də müəyyən qüvvələrə aparılan işlər sərfəli deyil. Bu mənada il yarım əvvəl növbədənkənar seçkilərin keçirildiyi halda yeni seçkilərin keçirilməsi qeyri-mümkündür”.
Məlahət Həsənova hesab edir ki, Azərbaycanda fundamental islahatlar onsuz da aparılır: “Elə həmin qüvvələr də islahatları qəbul etmədiyindən bu cür şayiələr yayırlar. Ermənipərəst qüvvələrin dəstəyinə arxalanan “5-ci kolon” var ki, onlar 30 ilə yaxın işğalda olan ərazilərin azad edilməsini təqdir etmirlər. Ona görə müxtəlif şayiələr uydurmaqla aparılan islahatlara, Milli Məclisin fəaliyyətinə kölgə salmağa çalışırlar".
"AzPolitika.info"


Şərhlər
Mümkündür,mümkündür.Özüdə təcili etmək lazımdır.
Axırıncı parlament seçkilərindən də əvvəl Məlahət seçkinin keçirilməsini qeyri mümkün hesab edirdi. E.Səlimovun da məsələsində bu bir gündə iki əks fikir söylədi.Ümumiyyətlə bunun fikirləri kimin nəyinə lazımdır? Bu heç kimdir.