Menu

Xəzərdə 22 yaşlı gənc batıb

10.08.2021, 19:48
Xəzərdə 22 yaşlı gənc batıb

Xəzər dənizində 22 yaşlı gənc batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol