Menu

Ərdoğan meşə yanğınlarında terror izinin olduğunu istisna etməyib

11.08.2021, 23:18
Ərdoğan meşə yanğınlarında terror izinin olduğunu istisna etməyib

“Meşə yanğınlarının başvermə səbəbi kimi bütün ehtimallara diqqət yetirdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, meşə yanğınlarının baş vermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bütün qurumların yanğınların baş verdiyi araşdırmalar aparıblar: “Saxlananlar da var, həbs edilənlər də. Kəşfiyyat məlumatlarımız var. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik kəşfiyyatı tərəfindən verilən məlumatlar var. Onların arasında ailələri terror təşkilatına bağlı olan insanlar da var”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol