Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Petriot» hava-hücumundan müdafiə (HHM) sistemləri Ukrayna ərazisində yerləşdirilə bilər, amma hələlik hipotetik variantdır.
Bu barədə Ukrayna Prezidentinin ofisində keçirilən brifinqdə Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov bəyan edib.
Pyotr Poroşenkonun «Beşinci kanal»ındakı jurnalistlərdən biri Nikiforovdan Ukrayna Baş nazirinin işğal olunmuş ərazilər üzrə müavini Aleksey Reznikovun «Ukrayna öz ərazisində Amerika HHM sistemi (Petriot) yerləşdirmək ehtiyacı hiss edir» bəyanatını şərh etməyi istəyib. Nikiforovdan soruşublar ki, bu HHM sistemlərini Co Bayden administrasiyası Ukraynaya verəcəkmi?
Nikiforov belə cavab verib: «Pan Reznikovun bəyanatını Ukrayna Prezidentinin cari niyyəti kimi yox, Ukraynanın müdafiəsi üzrə hipotetik variant kimi qiymətləndirmək lazımdır. Amerika HHM sistemlərinin yerləşdirilməsi təkcə Reznikovun sözlərindən asılı deyil. O, Ukrayna cəmiyyətində konsensusdan, ABŞ və NATO-nun istəyindən və o faktın qəbuluna hazırlıqdan asılıdır ki, bu istiqamətdə istənilən addım bizim şərq qonşumuzu - Rusiya Federasiyasını qıcıqlandıracaq. Reznikovun bu bəyanatı o barədə düşüncələrdir ki, biz, öz təhlükəsizliyimizi necə gücləndirə bilərik - bundan artıq yox» - Nikiforov deyib.
Nikiforov izah edib ki, Reznikovun Ukaynada "Petriot" sistemləri yerləşdirilməsi barədə istəyi Ukrayna Prezidenti Vladimir Zelenskinin niyyəti deyil.
«Bu barədə Prezidentin niyyətini şərh edə bilmərəm. Təfərrüat məlum olan kimi, biz, onun barəsində mütləq xəbər verəcəyik» - Prezidentin mətbuat katibi qeyd edib.
AzPolitika.info


Şərhlər