Menu

“Az-Evro Tel”in direktoru dəyişib

13.08.2021, 15:21
“Az-Evro Tel”in direktoru dəyişib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-nin direktoru Hidayət Ağayev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Ramil Baxşiyevə həvalə olunub.

Xatırladaq ki, “Az-Evro Tel” 1995-c ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.

Şərhlər

Rabitəçi. 2021-08-14 06:40:45

Bircə bu nazirlikdə Əli Abdullayevə dəyməsinlər,qalanı nə olur olsun, təki Əli qağamız kefində damağında olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol