Menu

“Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO

13.08.2021, 15:26
“Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfirliyindən "Report"a verilən məlumata görə, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol