Avqustun 10-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 620 milyonu ötüb.
AZƏRTAC vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, Çin 1 milyard 830 milyon doza ilə dünya ölkələri arasında liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 523 milyon 670 min, ABŞ-da 353 milyon 860 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (150 milyon 60 min), Yaponiya (108 milyon 180 min), Almaniya (96 milyon 850 min), Böyük Britaniya (87 milyon 180 min), Türkiyə (82 milyon 138 min), Fransa (79 milyon 290 min) və İndoneziya (79 milyon 50 min) daxildir.
COVID-19 pandemiyasının statistikasını aparan "Worldometer” portalının məlumatına əsasən, avqustun 10-dək dünya üzrə yoluxanların sayı 206 milyon 387 mini keçib, 4 milyon 350 mindən çox insan isə həyatını itirib.


Şərhlər
Heç bir xeyri yoxdu axı bu peyvəndin boş boşuna niyə vururlar millətə.Əksine peyvənd vurulmağa başladıqdan sonra yoluxma daha da çoxalır