Menu

İmran Xan Çin və Pakistanı "dəmir qardaşlar" adlandırıb

14.08.2021, 00:03
İmran Xan Çin və Pakistanı "dəmir qardaşlar" adlandırıb

Pakistanın Baş naziri İmran Xan Çin səfiri Nonq Ronqla görüşünün gedişində Çini və Pakistanı «dəmir qardaşlar» adlandırıb.

Bu barədə avqustun 13-də «Pakistan Radiosu» xəbər verib.

Nonq Ronqla danışıqlar zamanı İmran Xan deyib ki, heç bir düşmən qüvvə Çin və Pakistan dostluğunu sarsıda bilməz. Pakistanın Baş naziri koronavirusla mübarizədə, o cümlədən vaksin təqdim etməkdə göstərdiyi köməyə gorə Çinə təşəkkür edib.

Tərəflər Çin-Pakistan iqtisadi dəhlizinin reallaşmasını müzakirə ediblər. İmran Xan qeyd edib ki, Əfqanıstandakı münaqişənin hərbi həlli yoxdur və danışıqlar lazımdır. O, həm də Pakistanın danışıqlar prosesini dəstəklədiyini bəyan edib.

Nonq Ronq İmran Xanı Pakistanın Müstəqilliyi Günü münasiətilə təbrik edib. Bu tarix avqustun 14-də qeyd olunacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol