Menu

Ermənistanda əsas ərzaq məhsulları kəskin bahalaşıb

14.08.2021, 12:53
Ermənistanda əsas ərzaq məhsulları kəskin bahalaşıb

Ermənistanda ərzaq məhsullarının qiyməti rekord həddə qalxıb.

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, bu ilin iyulunda ərzaq məhsullarının qiyməti, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% bahalaşıb.

Avqustun 13-də yerli Statistika Komitəsinin yaydığı məlumata görə, otən ay, 2020-ci ilin iyul ayı ilə müqayisədə çörək 8,6%, ət - 9,7%, yumurta - 51,3%, yağ - 15,9%, şəkər - 39,4%, konservləşdirilmiş süd 10,4% və s məhsulların qiyməti xeyli bahalaşıb.

İrəvan sakinləri qida məhsullarının bahalaşmaqda davam etməsindən narazılıq bildiriblər.

Qeyd edək ki, "Azadlıq" radiosunun erməni xidməti bundan bir qədər əvvəl ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yaymışdı. Mənbənin yazdığına görə, Ermənistanda qiymətlərin sabitliyinə Mərkəzi Bank təminat verir.

"AzPolitika.info"

Şərhlər

MÜƏLLİFə 2021-08-14 15:36:36

Bizim vətəndaşları 33 il hərbi şğalda saxlayan ölkəyə günü-gündən ucuzlaşan ərzaqlardan alıb göndərməyi təklif edirsinizmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol