Menu

"O, fırıldaqçı idi və indi inanıram ki, çox pulla gedib" - Tramp ölkəsindən qaçan Əşrəf Qani barədə

19.08.2021, 08:35
"O, fırıldaqçı idi və indi inanıram ki, çox pulla gedib" - Tramp ölkəsindən qaçan Əşrəf Qani barədə

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Əşrəf Qanini son amerika əsgəri getməmiş ölkəsini tərk edən fırıldaqçı hesab etdiyini söyləyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, D.Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

"O, fırıldaqçı idi və indi inanıram ki, çox pulla gedib. Mən dedim ki, o, lider deyil, sonuncu amerika əsgərlərindən əvvəl qaçacaq və belədir oldu”, - deyə Tramp vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol