Menu

“Gözləyirəm ki, gəlib məni öldürəcəklər...” - Əfqanıstanda qadın mer

19.08.2021, 15:40
“Gözləyirəm ki, gəlib məni öldürəcəklər...” - Əfqanıstanda qadın mer

“Taliban” Əfqanıstanı işğal etdikdən sonra ölkənin qadın bələdiyyə başçısı Zərifə Qafari ölümünə səbəb olsa belə, qaçmayacağını deyib.

İngiltərənin “inews” nəşrinə müsahibəsində Z.Qafari bildirib ki, oturub onların – taliblərin gəlməsini gözləyəcək: “Mənə və ailəmə kömək edəcək heç kim yoxdur. Sadəcə ailəmlə, ərimlə oturmuşam. Gözləyirəm ki, gəlib məni öldürəcəklər. Mən ailəmi tərk edə bilmərəm. Hara gedə bilərəm?” 

Əfqanıstanlı vəkil, siyasətçi və sahibkar Z.Qafari 2018-ci ildə 26 yaşında ölkənin ən gənc bələdiyyə başçısı olub. O, Əfqanıstanın Vardak əyalətinin paytaxtı Maydanşəhrin hazırkı bələdiyyə sədridir.

Maydanşəhrin əhalisi əsasən həzəralar, puştunlar və özbəklərdən ibarətdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol