Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Report"TASS-a istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Həmçinin söhbət əsnasında Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.
Bununla yanaşı, Putin və Makron, ilk növbədə, ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.


Şərhlər
fransa minsk qrupunun üzvü ola bilməz! Çünki fransa parlamenti Qarabağın "müstəqilliyini" tanıyıb,o minsk qrupundan rədd edilməlidir.