Menu

"Qidaya və müxtəlif kimyəvi maddələrə allergiya əks göstəriş sayılmır" - Baş infeksionist

20.08.2021, 10:08
"Qidaya və müxtəlif kimyəvi maddələrə allergiya əks göstəriş sayılmır" - Baş infeksionist

"Qidaya, müxtəlif kimyəvi maddələrə və s. olan yüngül allergiya peyvəndin vurulması üçün əks göstəriş sayılmır".

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun "Report"a müsahibəsində deyib.

O bildirib ki, belə hallarda allergik proses söndükdən sonra vaksinasiya yerinə yetirilir:

"Əvvəllər hər hansı bir, o cümlədən koronavirusa qarşı vurulmuş 1-ci doza peyvəndə, vurulacaq peyvəndin hər hansı bir komponentinə ağır allergik reaksiya olduqda peyvənd vurulmur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol