Menu

"Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir" - DİN rəsmisi

20.08.2021, 12:08
"Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir" - DİN rəsmisi

“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir:

“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".

Şərhlər

Adil 2021-08-20 15:00:03

İzah edilsin, görək vaksinasiya ilə qanun pozulması arasında nə bağlılıq var?

Azərbaycanlı 2021-08-20 12:43:07

Bəs deyilənlərə görə vaksinlənmə könüllüdür. Belə çıxır ki ölkə kimlər üçünsə türmədir və daha dərin türməyə çevriləcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol