Menu

“Çin və Türkiyə Əfqanıstanın barpasında böyük rol oynayır” – “Taliban”

21.08.2021, 00:11
“Çin və Türkiyə Əfqanıstanın barpasında böyük rol oynayır” – “Taliban”

Taliblər Çin və Türkiyəyə postmüharibə-bərpa dövrü Əfqanıstanı və bu ölkədə islam əmirliyi quruculuğu üçün başlıca həmkarlar kimi baxırlar.

Bu barədə «Taliban»ın nümayəndəsi Süheyl Şahin Çinin «CGTN» telekanalına müsahibəsində bəyan edib.

«Çin - böyük iqtisadiyyata və böyük potensiala malik nəhəng ölkədir. Mən, hesab edirəm ki, Çin Əfqanıstanın barpasında böyük rol oynaya bilər» - Şahin qeyd edib.

Şahin Türkiyəyə yönəlik də kifayət qədər əhatəli danışıb: «Əfqanıstan İslam Əmirliyi Türkiyə ilə başqa heç bir ölkə ilə olmadığı qədər dostluq, dəstək və əməkdaşlığa ehtiyac hiss edir. Əfqanıstan zəngin təbii ehtiyatlara malikdir. Ancaq bizim onları hasil etmək imkanlarımız yoxdur. İşğal və hakimlərin oğurluğu səbəbilə bizim bütün infrastrukturumuz dağıdılıb. Biz, Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, tikinti, energetka və faydalı qazıntıların işlənməsi sahələrində əməkdaşlıq etmək istəyirik».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol