Menu

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTOLAR

21.08.2021, 21:22
Biləsuvar rayonunda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTOLAR

Biləsuvar rayonunda noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olan gizir Sahil Məmişlinin ad günü qeyd edilib."Report"un Muğan bürosunun məlumatına görə, ilk olaraq şəhid doğulduğu evdə anılıb.

Anım mərasimində şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib. Daha sonra şəhidin məzarı ziyarət edilib. Üzərinə güllər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid gizir 1991-ci ilin bu günü Biləsuvar rayonunun Çaylı kəndində doğulub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına ilk gündən qatılıb.

Ali Baş Komandan tərəfindən ölümündən sonra "Vətən uğrunda" və "Şusanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-08-21 21:48:32

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol