Menu

Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda ittiham edib

23.08.2021, 13:16
Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda ittiham edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.

“Report” BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısı Polşanın sərhəd ərazilərində münaqişə yaratdığını bəyan edib.

A.Lukaşenko Almaniyaya getmək üçün Belarusdan Polşaya keçməyə çalışan Əfqanıstan qaçqınlarının Polşa sərhədçiləri tərəfindən silah təzyiqi ilə geri qaytarıldığını və qaçqınların Polşa-Belarus sərhədində 2-3 sutkadır açıq havada ac və susuz qalmağa məcbur olduqlarını bildirib.

“Sərhəddə gecələr cəmi 7-8 dərəcə istilik olur. Bu gün mən düşünməliyəm ki, onlarla nə edim”, - Belarus Prezidenti əlavə edib.

O, Belarusun dövlət sərhədlərinin Polşa tərəfindən pozulduğunu söyləyib.

Şərhlər

Roma 2021-08-23 13:53:43

Lukaş qalıb iki daş arasında Polşanı suçlayır ki, Putinə xoş gəlsin, Azərbaycana da gələndə qatıqladı ki, Azərbaycan Rəhbərliyi onun vasitəsi ilə ermənistana təklif verib Qarabağ məsələsində...Elə şey olubsada təkbətəklikdə açıb ağardılmamalıdır, axı sən adi siyasətçi deyilsə orta səviyyəli (Belarus) bir Dövlətin başçısısan...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol