ARAL, YOXSA ARARAT?

İlhami Cəfərsoy

Aral və Ural Şumerin, eləcə də qədim Ön Asiyanın iltisaqı dilli bir çox etnoslarının müharibə tanrıları idi. Ural və ya Urar düşmənləri vurur, yaralayır, Aral və ya Arar yaralanan əsgərlərin yaralarını sarıyırdı.

Aral xalqının yurdu Aramey mətnlərində Ararat, Ural xalqının ölkəsi Urartu adlanır.

Er.əv.XVIII əsrə aid Babil mətnlərində Van gölü ətrafında Aral xalqının yaratdığı dövlət Ararat çarlığı adlanır ( Nikolskiy 1896.səh.1; Poeziya i proza drevnoqo Vostoka 1973.səh.671).

Bibliyanın təfsirçilərinə görə Nin Krit adasına qaçandan sonra Semiram er.əv.1875-ci ildə Ararat qalasını tikdirib (Şopen 1866. səh. 46). Semiram və ya Temiram Turan xaqanı Alpər Tonqanın qızıdır. Dəmir qadın deməkdir.

Bibliyaya görə Ararat yalnız dağın adı deyildir. Dağda salınan şəhərin və Arar xalqının adıdır. -at sami dillərində çoxluq anlamı yaradan şəkilçidir (Bibleyskaya arxeoloqiya ç.1, 1891.səh.53).

Ararat dağı Türkiyə ərazisindədir. Ermənilər həsrətlə xəyallarında özləşdirdikləri o dağa baxaraq ağlayırlar. Biz türk qardaşlarımızla həyatda olduğu kimi tarix elmində də onları ağlatmalıyıq. Dərsliklərimizi yeni elmi tədqiqatlarla zənginləşdirməliyik.

635x100

Şərhlər

Niyaməddin 2021-08-23 20:52:59

İlhami Cəfərsoya təşəkkür edirik. Belə məqalələrə çox böyük ehtiyac var. Təbii ki, bu mövzular dərhal dərsliklərə salınmalıdır.

Son yazılar