Menu

Kabilin təhlükəsizliyi Əl-Qaidə terrorçusuna həvalə edilib - FOTO

25.08.2021, 17:10
Kabilin təhlükəsizliyi Əl-Qaidə terrorçusuna həvalə edilib - FOTO

ABŞ-ın ən çox axtardığı terrorçulardan biri, başına 5 milyon dollar mükafat qoyulan Əl-Qaidə üzvü Xəlil Həqqani Əfqanıstana gəlib.

“The Times Of İsrael” xəbər verir ki, ötən cümə günü “Taliban” liderinin müavini Siracuddin Haqqaninin əmisi Xəlil Haqqanini Kabildəki bir məsciddə namaz qılarkən görüblər. Yayılan məlumatlara görə, “Taliban” Kabildəki təhlükəsizlik işlərini Xəlil Haqqaniyə həvalə edib.

Haqqani şəbəkəsinin digər əsas lideri Anas Haqqani də paytaxtda olub və əvvəlki rəhbərlik üçün ümumi sülh prosesinə rəhbərlik edən keçmiş Prezident Həmid Kərzai və Abdullah Abdullah ilə görüşüb.

“Kabilin təhlükəsizliyindən məsul şəxsin Xəlil Haqqani olduğu faktı insanı dəhşətə gətirir” –deyə adının çəkilməsini istəməyən Britaniya kəşfiyyat rəsmisi “Amerikanın Səsi”nə bildirib: “Haqqani və Əl-Qaidənin uzun bir tarixi var, bir-birinə qarışdığını iddia edə bilərsiniz və əlaqələri kəsəcəkləri ehtimalı azdır”.

Haqqani son illərdə dünyada mülki əhalini, hökumət rəsmilərini və xarici qüvvələri öldürən ən ölümcül terror hücumlarında günahlandırılır.

SƏMLA

AzPolitika.info

Şərhlər

Rasim 2021-08-25 19:04:34

1 həftə əvvəlin xəbıridi. Xarici mediadan sözbəsöz kopyalanıb.

Özgür 2021-08-25 18:13:13

əcəbdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol