Fizika-Riyaziyyat üzrə fəlsəfə doktoru Bəhram Quluzadə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar şöbəsinə, AMEA-ya və KİV-lərə ünvanladığı məktubda Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinə toxunur.
Alim qeyd edir ki, hər tərəfdən göydələnlərlə əhatə olunan rəsədxana elmi cəhətdən heç bir perspektivə malik deyil: “Bunu bir müddət öncə iclasların birində görkəmli Azərbaycan astrofiziki, mərhum Dmitri Şestopalov da əzabla dilə gətirmişdi...”
Ancaq buna baxmayaraq, B.Quluzadənin fikrincə, vəziyyətdən çıxış yolu var ki, bu da rəsədxananın publik hüquqi şəxsə çevrilməsidir: “Rəsədxananın publik şəxsə çevrilməsi büdcənin həzm-rabedən keçirilməsinin qarşısını alar. Bacaran işləyib qazanar, digərləri bizneslərinin dalınca, qanuni istirahətə və s. yollanar”.
Alimin fikrincə, buraya turist səfərlərinin, ekskursiyaların təşkili, kosmik mövzuda sənədli filmlərin çəkilişi və s. tədbirlərdən maliyyə vəsaiti cəlb etmək mümkündür.
“AzPolitika.info”


Şərhlər
Rəsədxana elmi cəhətdən perspektivi gıran onu əhatə edilən göydələnlərin ti kintisinə kim icazə verib Həmin qurumun cibina yıgan milyonlarıl rəhbəri ziyanı ödəməlidir.