Türkiyənin İstanbul şəhərində səhər saatlarında terror əleyhinə əməliyyat keçirilib.
SalamNews-un "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Təhlükəsizlik İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatına qarşı keçirilən əməliyyatda şəhərin Sarıyer rayonundakı bəzi ünvanlarda yoxlama aparılıb.
Əməliyyat çərçivəsində çoxlu sayda şübhəli şəxs saxlanılıb. Hazırda həmin ünvanlarda axtarışlar davam etdirilir.


Şərhlər