Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub.
***
Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.


Şərhlər
Çox sağ ol Şahanə xanım, Sən Xalqın sevimlisisən, hamılıqla öpürük səni, yaşa sağ ol var ol, xoşbəxt ol...