Menu

Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb

27.08.2021, 17:50
Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb

Əfqanıstan İslam Respublikasından təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb.

"Report"un əməkdaşı xəbər verir ki, bu ölkənin Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdan 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb və onlar özlərinə məxsus silah, hərbi əmlak hava yolu ilə birlikdə Ankara şəhərinə daşınmışdı.

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol