Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
"Report"un məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.
Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.

***
Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 63 kq-da yarışan idmançı ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.
Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl medalı olub.

***
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.
Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.


Şərhlər