Menu

AZƏRBAYCANDA BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI - Ölənlərin sayında artım davam edir

29.08.2021, 19:05
AZƏRBAYCANDA BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI - Ölənlərin sayında artım davam edir

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb.

Şərhlər

Adəm 2021-08-29 20:00:11

Peyvənd yoluxmanı daha da artırır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol