Menu

Milli Məclisin deputatları tətildən qayıdıblar

30.08.2021, 09:04
Milli Məclisin deputatları tətildən qayıdıblar

Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.

"Report" xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.

Konstitusiyaya uyğun olaraq, Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Şərhlər

MİLLƏT 2021-08-30 11:55:10

oNLAR TƏTİLDƏ OLDU-OLMADI MİLLƏTƏ HEÇ BİR TƏSİRİ OLMUR.çÜNKİ ONLAR MİLLƏTİN VƏKİLİ DEYİLLƏR.MİLLƏTİN DƏRDLƏRİ İLƏ MARAQLANANI YOXDUR.ONLAR SİYAHİ İLƏ YAZILDIQLARI QURUMA İTAƏT ETMƏYƏ GÖRƏDİRLƏR.ONA GÖRƏ ONLARIN TƏTİLƏ GETMƏLƏRİ,QAYITMALARI HEÇ KİMİ MARAQLANDIRMIR.SEÇİL

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol