Menu

Təcili tibbi yardım üçün işçi axtarılır

31.08.2021, 14:12
Təcili tibbi yardım üçün işçi axtarılır

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

Şəxsiyyət vəsiqəsi

Diplom

İnternatura vəsiqəsi

Sertifikat

Əmək kitabçası

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol