Menu

İlham Əliyev yüksək nəticə göstərən paralimpiyaçıları təbrik edib

31.08.2021, 19:39
İlham Əliyev yüksək nəticə göstərən paralimpiyaçıları təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol