Menu

Bu rayonlarda çörəyin qiyməti bahalaşdı

01.09.2021, 14:42
Bu rayonlarda çörəyin qiyməti bahalaşdı

Xaçmaz və Qubada çörək bahalaşıb.

APA-nın şimal bürosunun məlumatına görə, bu gün səhər mağazalarda çörəyin satış qiyməti 0.40 qəpik deyil, 0.50 qəpik olub.

Satıcıların sözlərinə görə, əvvəllər 0.40 qəpiyə satdıqları çörəyin topdanalış qiyməti bu gün istehsalçı tərəfindən mağazalara 0.45 qəpiyə verilib. Pərakəndə satış qiyməti isə 0.50 qəpik müəyyənləşdirilib.

Qiymət artımının əsas səbəbi kimi çörəyin çəkisinin artması göstərilib.

Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti liberaldır və bazar tərəfindən tənzimlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol