Menu

Ukrayna Prezidenti İlon Maskla görüşəcək

02.09.2021, 10:33
Ukrayna Prezidenti İlon Maskla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri çərçivəsində Kaliforniya ştatına gedib.

“Report” TASS-a istinadən xəbər verir ki, burada Volodimir Zelenskinin “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskla görüşü planlaşdırılıb.

Məlumata görə, Ukrayna Prezidenti həmçinin “Amazon”un sahibi Ceff Bezos və “Apple” şirkətinin rəhbəri Tim Kukla görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol