Menu

“Taliban” rusiyalı diplomatların təhlükəsizliyinə zəmanət verib - Peskov

02.09.2021, 11:15
“Taliban” rusiyalı diplomatların təhlükəsizliyinə zəmanət verib - Peskov

Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin Əfqanıstandakı diplomatlarının təhlükəsizliyi barədə danışıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

“Taliban” Kabildəki rusiyalı diplomatların təhlükəsizliyinə zəmanət verib”, - o qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət barədə məlumatlar Vladimir Putinə gün ərzində mütəmadi çatdırılır.

Qeyd edək ki, “Taliban” qruplaşması Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol