Menu

"Uğursuz cərrahi əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət etməlidir" - Professor

02.09.2021, 12:26
"Uğursuz cərrahi əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət etməlidir" - Professor

"Uğursuz cərrahi əməliyyatdan narazı qalan vətəndaşlar bu kimi vəziyyətlərdə Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev bildirib.

"Belə müraciətlərimiz var. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələnləri etməyi borcluyam", - o qeyd edib.

Şərhlər

Müəllim 2021-09-02 12:49:54

Elçin müəllim çox ləyaqətli insandır, savadlı, işində məsuliyyətli, xəstəyə qarşı diqqətli həkimdir. Çox yaxşı haldır ki, indi Səhiyyə Nazirliyinin baş cərrahıdır. Allah xeyirli eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol