Menu

Türkiyədə daha bir meşə yanğını başlayıb

03.09.2021, 15:42
Türkiyədə daha bir meşə yanğını başlayıb

Türkiyənin Muğla şəhərində meşə yanğını başlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Bodrum bölgəsinin Umurça məhəlləsində meşəlik ərazidə başlayan yanğının səbəbləri hələlik məlum deyil.

Əraziyə 1 helikopter və yanğınsöndürən vasitələr cəlb edilib.

Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol