Menu

Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

04.09.2021, 19:39
Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

Bu barədə “Report”a siyasi partiyalardan məlumat daxil olub.

Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.

Şərhlər

Vətəndaş 2021-09-05 10:54:52

9 partiyanın bir ünvanda yerləşməsi və ya yerləşdirilməsi maraqlı məsələddir və bu partiyaların YAP-ın qiyruqları olduğu ehtimalını ortaya qoyur.Deməli fiktiv yaradılan,əslində fəaliyyətsiz,aldatmacadır.(

Şəmi 2021-09-05 10:52:05

Yəqin ki bu poartiyalardan biri "Yurddaş"dır. 3 nəfər üzvü var. QHT sədri olan partiya sədri YAP-ın nəzdinə keçdiklərini elan etmişdi.Nə qədər absurddur.! QHT sədri həm də partiya sədridir!

Təmraz 2021-09-05 10:41:21

Əlbəttə! Müxalifət maskası taxmışlar... Adı var, özü yox. Ancaq portfeldən ibarət olanlar. Yaxşı olardı ki bu partiyaların adlarını da göstərəydilər. Hansı səbəbdən adları gizlədilir?!

t.ədalət 2021-09-04 21:26:00

Güman ki bu partiyalar YAP-ın döşəkçələridir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol