Menu

I MDB Oyunlarının açılış mərasimi keçirilib

04.09.2021, 20:33
I MDB Oyunlarının açılış mərasimi keçirilib

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.

İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar.

Qeyd edək ki, I MDB Oyunları sentyabrın 11-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol