"2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü günahkar bilməliyik".
"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis görüş ərzində çox qol epizodu yaratdıqlarını bildirib: "3:1 və ya 4:1 hesablı qələbəyə layiq olduğumuz qarşılaşma idi".
Kenni Emin Mahmudov ilk hissədə vurduğu qol haqqında bunları söyləyib: "Mahmudov cərimə meydançasından kənarından baxımlı qolla yadda qaldı. Daha əvvəl belə qollarını görmüşük. Onun önünü daha çox bağlamalı idik. Mahmudovun zərbəsi öldürücü idi".


Şərhlər