Menu

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişdi

06.09.2021, 10:35
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişdi

Bir müddət əvvəl koronavirusa yoluxan həkim vəfat edib. Oxu.Az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Rasimə Cabbarova bir müddət əvvəl koronavirusa yoluxub. O xəstəxanalardan birində müalicə alırdı.

Aparılan müalicələrə baxmayaraq, tanınmış həkim-ginekoloq Rasimə Cabbarova ötən gün koronavirusdan dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol